"Elektroenergetika haqqında" qanunun yeni layihəsinin hazırlanması məqsədi ilə Energetika Nazirliyinə yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilib.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iclasda Azərbaycanın elektroenergetika sektoruna ümumi baxış nəzərdən keçirilib, tətbiq olunacaq elektrik enerjisi bazarının model variantları və yeni qanun layihəsinin strukturu müzakirə edilib.
Xatırladaq ki, "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" ölkə prezidentinin 4 aprel 2017-ci il tarixli fərmanında və Nazirlər Kabinetinin 7 aprel 2017-ci il tarixli sərəncamında "Elektroenergetika haqqında" qanunun yeni layihəsinin hazırlanması tapşırılıb.