03 avqust 2017 18:59
324

2017-ci ilin iyul ayında həyata keçirilmiş qazma işləri

2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilmişdir.

Bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülmüşdür ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olmuşdur. 

2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.