05 avqust 2017 01:13
505

Afrikada ağlasığmaz cinayət

"Mercedes" oğurlayan uzunqulaqlar həbs edildi

Afrikada qəribə cinayətin üstü açılıb.

İki ölkə sərhədini təşkil edən çayda eşşəklər tərəfindən sürüklənən lüks avtomobil helikopterdən görülüb. Avtomobil və uzunqulaqlar çayın yatağında tapılıb. Oğrular isə axtarışa verilib.

Polis helikopteri Limpopo çayında eşşəklərə qoşulan lüks avtomobilin irəlilədiyini görüb. Polislər oğruları axtarırlar. "Mercedes" markalı avtomobil və uzunqulaqlar Musina qəsəbəsi yaxınlığında tapılıb. Polis indi qruplaşma üzvlərini axtarır.

Qeyd edək ki, ötən il də bənzər hadisə baş vermişdi.