07 avqust 2017 23:22
1432

Çexiya səfirliyi Əsəd hökumətinin üzvlərinə vizalar verir

“Respekt” nəşri bildirir ki, Çexiyanın Dəməşqdəki səfirliyi Bəşər Əsəd hökuməti ilə əlaqələri olan yüksəkvəzifəli şəxslərə çoxsaylı vizalar verir. XİN-in məlumatında göstərilir ki, 2013-cü ildən bəri Əsədin qohumlarına və xüsusi xidmətlərin nümayəndələrinə 300-dən çox viza verib.

Xatırladaq ki, Çexiya səfirliyi Aİ ölkələrinin Dəməşqdəki yeganə diplomatik nümayəndəliyidir və bu səfirlik ABŞ-ın mənafelərini də təmsil edir. Beləliklə, səfirlik Suriyada Əsəd rejiminin tərəfdarlarına vizalar verməklə Əsəd rejiminin nümayəndələri ilə əlaqələrin zəruri minimuma qədər məhdudlaşdırılması barədə ABŞ ilə Aİ arasında sazişi poza bilər.

Lakin ölkənin Xarici İşlər Nazirliyi bununla bağlı tənqidlərə izahat verməyi vacib hesab etmir.