11 avqust 2017 22:29
404

Bu il Azərbaycandan 3,8 milyard kubmetr təbii qaz ixrac edilib

Bu ilin ilk yeddi ayında Azərbaycandan 3 milyard 831 milyon 705 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyul aylarında ixrac olunan təbii qazın dəyəri isə 669 milyon 181 min ABŞ dolları təşkil edib.