17 avqust 2017 17:51
359

“Qazprom” Türkiyəyə qaz nəqlini 22% artırıb

Rusiyanınn “Qazprom” şirkəti bu il yanvarın 1-dən avqustun 15-dək Türkiyəyə qaz tədarükünü ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% artırıb.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Qazprom”dan məlumat verilib.

Şirkət hesabat dövründə Türkiyə ilə yanaşı, Cənub və Cənub-Şərqi Avropa ölkələrinə də nəqli artırıb. Belə ki, Yunanıstana qaz ixracı 13,2%, Serbiyaya 40,8%, Bolqarıstana 11,1%, Macarıstana 24,4% artıb.

“Qazprom” ilin əvvəlindən avqustun 15-dək uzaq xaric ölkələrinə qaz ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% artıraraq 118,3 mlrd. kubmetrə çatdırıb.