17 avqust 2017 21:11
378

“Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir

“Şəfəq-Asiman” üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3 ölçülü məlumatların emalı və interpretasiyası davam edir. Məlumatların tam emalının bu ilin üçüncü rübündə başa çatacağı gözlənilir. Seysmik interpretasiya işləri isə bu ilin dördüncü rübündə bitəcək.