“Neft Daşları” yatağındakı 620A nömrəli stasionar dəniz özülündən 2621 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.Kompleks Qazma İşləri Tresti tərəfindən fasilə lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1436-1430 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.