21 avqust 2017 15:34
366

Selfi üçün dağa çıxdı və...

Rusiya Federasiyasının Kemerovo vilayətində yerli sakin mənzərəli yerdə selfi çəkmək üçün dağa çıxıb və oradan enə bilməyib.

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 23 yaşlı qız gözəl selfi çəkmək məqsədilə dağa çıxıb. Lakin o, geri qayıtmaqda çətinlik çəkib. Hadisə barədə xilasetmə xidmətinə məlumat verilib.

“Qeyri-adi yerdə selfi çəkmək sevdası az qala faciəyə səbəb olacaqdı. 23 yaşlı Kemerovo sakini rəfiqəsi ilə gəzintiyə çıxarkən təbiətin qoynunda gözəl fotolar çəkmək istəyib. O, dağa çıxsa da, özü müstəqil şəkildə enə bilməyib. Xilasedicilər gənc qızın aşağı düşməsinə yardımçı olublar”, - deyə Kemerovo xilasetmə xidmətindən bildiriblər.  

Qızın tibbi xidmətə ehtiyacı olmayıb.