22 avqust 2017 14:05
353

SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb

SOCAR “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa gedib. Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.