23 avqust 2017 14:24
528

Neft sızması baş verib

İran körfəzinin şimal hissəsində çoxsaylı iri neft sızmaları baş verib.

“İki sahil”in “pipeline-journal.net” saytına istinadən yaydığı xəbərə görə, baş verən ilk neft sızması zamanı Küveyt və Səudiyyə Ərəbistanına 35 min barrel həcmində ziyan dəyib. İlk hadisədən iki gün sonra baş verən ikinci sızma zamanı axan neftin həcmi isə hələ ki müəyyənləşdirilməyib. Küveytin Ras əl-Zour çimərliklərində tikməkdə olduğu 30 milyard dollar dəyərində və gündəlik 615 min barrel emal gücündə iri neft kompleksinin ətrafı qudronlanıb və sakinlərə çirklənmiş sahildən və sulardan uzaq durmaq tapşırılıb.

Qeyd edək ki, Ras əl-Zourda bundan əlavə iki enerji və bir suyun desalinasiyası zavodu yerləşir.

Sızan nefti sudan təmizləmək üçün gəmilər və işçi heyəti cəlb olunub. Müvafiq orqanlar birinci suyu, sudakı qurğuları və ətrafdakı zavodları qorumaq, daha sonra çimərlikləri təmizləmək niyyətindədirlər.

“Hadisəyə görə məsuliyyət daşıyan şəxslər tezliklə müəyyən ediləcək və onlara qarşı ciddi tədbirlər görüləcək”, - deyə Küveytin Ətraf Mühit İctimai Qurumunun rəhbəri Şeyx Abdulla əl-Sabah bildirib.