23 avqust 2017 21:22
267

Topaz Premyer Liqası, 3-cü turun oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında 3-cü turun oyun cədvəli açıqlandı. "İki sahil" PFL-nin saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək 3-cü turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

25 avqust (cümə)

“İnter” – “Səbail”
“İnter Arena”, 18:00 (canlı, “CBC Sport”)

“Neftçi” – “Kəpəz”
“Bakcell Arena”, 20:30 (canlı, “CBC Sport”)

26 avqust (şənbə)

“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 18:00 (canlı, “CBC Sport”)

“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 20:30 (canlı, “CBC Sport”)