İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) hökuməti İngiltərə neft şirkəti “Genel Energy” və Norveçin “DNO” neft şirkəti ilə yeni neft yataqlara dair iki ayrı müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, müqavilələr çərçivəsində neft yataqlarında səhmlərinin artırılması müqabilində “Genel Energy” ilə “DNO” şirkəti İKRR hökumətinin onlara olan borclarını silib.
İKRR hökuməti borcların silinməsi qarşılığında “Tawke” neft yatağındakı səhmlərinin 20 faizini “DNO” şirkətinə verib. Eyni yataqda borcların silinməsi müqabilində səhmlərin 4,5 faizinin isə “Genel Energy”yə verildiyi qeyd edilib.
Müqavilələr 2017-ci il sentyabrın 1-dən 2022-ci il iyulun 31-dək qüvvədə olacaq.