25 avqust 2017 19:36
491

Britaniyada yük maşınları sürücüsüz hərəkət edəcək

Britaniya hökuməti bu ilin sonunadək ölkənin əsas yollarında sürücüsüz yük maşınlarının test yürüşlərinin həyata keçiriləcəyini açıqlayıb. 2018-ci ilin sonunadək isə yollarda sürücüsüz yük maşınları tam fəaliyyətə başlayacaq.

Bu sistem ilə eyni vaxtda 3 yük maşını 1 nəfər tərəfindən idarə edilə biləcək və digər ikisi tamamilə sürücüsüz fəaliyyət göstərəcək. Sistem yoldakı tıxacları azaltmaq və yanacağa qənaət etmək məqsədi daşıyır.

Hazırda bu sistem ABŞ, Almaniya, Yaponiya kimi ölkələrdə tətbiq edilir.