28 avqust 2017 15:54
372

Liviyada iki neft yatağında iş dayandırılıb

Liviyada iki neft yatağında aparılan işlər dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.

İşlərin dayandırılması silahlı hücum ilə əlaqədardır.

Silahlıların “El-Fil” və “Hamada” yataqlarını digər obyeklərlə birləşdirən boru kəmərini blokadaya almasından sonra hər iki yataqda fövqəladə vəziyyət elan edilib.