28 avqust 2017 21:37
463

Nikolas Maduro: ABŞ-ın sanksiyaları neft satışımıza təsir edəcək

ABŞ-ın yeni sanksiyaları bu ölkəyə xam neft satışımıza təsir edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Apardığımız ilk araşdırmada ABŞ-ın yeni sanksiyalarının bu ölkəyə xam neft satışına mənfi təsir göstərəcəyi qənaətinə gəldik. ABŞ-ın bu addımı Venesuelanı pis vəziyyətə salmaqdır. Venesuelaya məxsus “Citgo” enerji şirkətinin ABŞ-da bağlanması isə təxribat məqsədi daşıyır”, - deyə o bildirib.

N.Maduro qeyd edib ki, lazım gələrsə Venesuela hökuməti hər gün ABŞ-a çatdırılan 700 min barrel neft üçün başqa bazarlar tapacaq.