“Sevgilimi gəzintiyə çıxardım, lakin bir müddət sonra pulum qurtardı. Və heç düşünmədən bank soyub gəzintiyə davam etdim”.
Türkiyənin İstanbul şəhərində saxlanılan şəxsin polislərə verdiyi izahat eşidən hər kəsi təəccübləndirib.
Əmrə adlı şəxs sevgilisi ilə gəzintəyə çıxıb. Bir müddət sonra o, cibində bir qəpik belə pulun qalmadığını görüb. Sevdiyi qızın yanında pis vəziyyətə düşmək istəməyən Əmrə ondan bir neçə dəqiqəlik icazə alaraq yaxınlıqda yerləşən banklardan birinə daxil olub və soyğunçuluq planını həyata keçirib. Daha sonra heç nə olmamış kimi sevglisinin yanına qayıdaraq gəzintisinə davam edib.Baş verənlər bankın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Elə bu görüntülər əsasında çox keçmədən soyğunçu polislər tərəfindən ələ keçirilib.
Qeyd edək ki, Əmrə bundan əvvəl də bir neçə dəfə məhbus həyatı yaşayıb.