02 oktyabr 2017 15:46
754

Neft Fondu sentyabrdakı valyuta hərraclarında 252,2 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu ilin sentyabr ayı ərzində valyuta hərraclarında 252,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.