02 oktyabr 2017 22:24
552

SOCAR bu il Ceyhandan 12,7 milyon ton neft ixrac edib

SOCAR bu ilin sentyabr ayında Novorossiysk limanından 169 min 675 ton, Supsa limanından 172 min 138 ton, Ceyhan limanından 1 milyon 352 min 984 ton xam neft ixrac edib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 157 min 704 ton, Supsa limanından 1 milyon 751 min 811 ton, Ceyhan limanından 12 milyon 753 min 536 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.