17 fevral 2016 01:15
1310

Göyərçin saxlamağın faydaları

Bir məhəllənin göyərçini digər küçənin quşlarını tovlayıb sahibinə gətirirdisə, məğlub tərəfin başı əvəz çıxana qədər aşağı olardı... İndi də bu ənənə yəni, göyərçin saxlamaq adəti zəif də olsa davam edir. İndi sizi bir quşbazla tanış edəcəyik. O, bu sahədəki peşəkarlığını göyərçinlərə həsr etdiyi illərə borcludur. Həyətində yüzə yaxın göyərçin saxlayan 59 yaşlı Eldar kişi quşlara 9 yaşından maraq göstərib. Deyir, hər kəs göyərçin saxlayıb çoxalda bilməz. Çünki quşlara diqqət və qayğı göstərməklə yanaşı, maddi cəhətdən də ürəyi və əliaçıq olmalısan. Bu nazlı quşları yemləmək xüsusi diqqət tələb edir. Eldar Mirzəyev hesab edir ki, göyərçinlərə yerli növ buğda vermək daha məqsədəuyğundur. Əks təqdirdə quşlar tez  xəstələnə  və tələf ola bilər.