09 oktyabr 2017 17:50
508

“Rosneft” super-nəhəng təbii qaz yatağı olan “Zöhr”ün 30 faizlik səhmini alıb

Rusiyanın “Rosneft” şirkəti Misirin super-nəhəng təbii qaz yatağı olan “Zöhr”də 30 faizlik iştirak payı alıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” İtaliyanın enerji şirkəti “Eni” ilə “Zöhr” yatağından səhm əldə etmək üçün razılığa gəlib. “Rosneft” həmin səhmlərə görə 1 milyard 125 milyon dollar ödəyəcək.

Qeyd edək ki, “Eni” 2015-ci ilin avqustunda Aralıq dənizində ən böyük qaz yatağı “Zöhr”ü kəşf edib. Yatağın ehtiyatları təxminən 850 milyard kubmetr təbii qaz qiymətləndirilir.