09 oktyabr 2017 22:01
522

“Azəriqaz”: Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 67 min 256-ya çatıb

Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 63 min 420 yeni abonent qeydiyyata alınıb ki, bunun da 30 min 908-i Bakı, Abşeron və Sumqayıt, 32 min 512-si isə regionlar üzrədir.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 67 min 256-ya çatıb.

Oktyabrın 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 447 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.