10 oktyabr 2017 22:20
1093

Dövlət Neft Fondu bu il valyuta hərraclarında təqribən 2,5 milyard dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında 2 milyard 486 milyon ABŞ dolları həcmində vəsait satıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib. Qeyd olunub ki, 2016-cı ilin eyni dövründə isə hərraclarda satılan vəsait 3 milyard 963 milyon ABŞ dolları təşkil edib.