11 oktyabr 2017 18:07
521

Bu il Azərbaycanda neft hasilatı 8 faiz, əmtəəlik qaz istehsalı isə 3,4 faiz azalıb

Bu il ölkənin mədənçıxarma sektorunda neft hasilatı 8 faiz, əmtəəlik qaz istehsalı isə 3,4 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 6,6 faiz azalıb. Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda istehsal olunub.