11 oktyabr 2017 22:03
492

OPEC: Gələn il qlobal neft təklifi artacaq

Gələn il qlobal neft təklifi artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, sentyabr ayında qlobal neft təklifi əvvəlki aya nisbətən gündəlik 410 min barrel artaraq 96 milyon 500 min barrelə yüksəlib.

Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə gündəlik 310 min barrel artaraq 57 milyon 57 min 650 barrelə çatıb.

OPEC-in proqnozlarına görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə gündəlik 1,4 milyon barrel artaraq 98 milyon 190 min barrelə çatacaq. 2018-ci ildə OPEC-in neft təklifi isə bu illə müqayisədə gündəlik 300 min barrel artaraq 33 milyon 100 min barrel təşkil edəcək. Gələn il qeyri-OPEC ölkələrin neft təklifi gündəlik 94 min barrel artaraq 58 milyon 640 min barrelə çatacaq.