11 oktyabr 2017 22:06
516

SOCAR sentyabrda 615 min ton neft hasil edib

Cari ilin sentyabr ayında SOCAR üzrə xam neft hasilatı 615,8 min ton olub. Sentyabrda Azərbaycanda isə ümumilikdə 3 milyon 219,6 min ton neft hasil edilib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvar-sentyabr aylarında SOCAR üzrə xam neft hasilatı təxminən 5 milyon 579,4 min ton, Azərbaycanda isə ümumilikdə 28 milyon 820,8 min ton təşkil edib.