11 oktyabr 2017 22:30
592

Bu il SOCAR-ın təbii qaz hasilatı 4,4 milyard kubmetr olub

Cari ilin sentyabr ayında SOCAR-ın təbii qaz hasilatı 498,7 milyon kubmetr olub. Ötən ay ölkə üzrə qaz istehsalı isə ümumilikdə 2 milyard 414 milyon kubmetr təşkil edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin yanvar-sentyabr aylarında SOCAR-ın təbii qaz hasilatı 4 milyard 457,7 milyon kubmetr, ölkə üzrə qaz istehsalı isə 21 milyard 117,1 milyon kubmetr olub.