2006-cı ilin iyunundan bu il iyun ayının sonunadək Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə ümumilikdə 365 milyon ton, yəni 2,74 milyard barrel xam neft nəql olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 12-də Bakıda keçirilən Beynəlxalq Neft Sammitində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib. O qeyd edib ki, bu vaxtadək "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.