12 oktyabr 2017 20:28
606

"SOCAR Trading” 18 il ərzində hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazı Maltaya təchiz edəcək

SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti 18 il ərzində hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazı Maltaya təchiz edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib: "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Misir kimi ölkələrdə, Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda mövqeyini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyaclarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 18 il ərzində hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya təchiz olunması nəzərdə tutulur".