12 oktyabr 2017 20:32
441

“SOCAR-Polymer” üzrə bu il polipropilen qurğusunun inşası tamamlanacaq

“SOCAR-Polymer” layihəsi üzrə bu il istehsal gücü 180 min ton olan polipropilen qurğusunun inşası başa çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Neft Sammitində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. "Sumqayıt Kimya Sənaye Parkının nəzdində “SOCAR-Polymer” layihəsi üzrə işlər son mərhələyə keçib. Bu il istehsal gücü 180 min ton olan polipropilen, 2018-ci ildə isə məhsuldarlığı 120 min ton olan yüksək sıxlıqlı polietilen qurğusunun inşası başa çatdırılacaq. Paralel olaraq müəssisənin xammalla təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür. “Azərikimya”da yeni istehsalat bölmələri yaradılır, qurğular inşa edilir, mövcud avadanlıqlarda rekonstruksiya və modernləşdirmə işləri aparılır", - deyə o əlavə edib.