13 oktyabr 2017 19:54
8726

SOCAR-ın HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU İCTİMAİYYƏTLƏ GÖRÜŞ KEÇİRİR

HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU Neft Emalı Zavodunun (NEZ) Yenidənqurma və Modernizasiya Layihəsi üzrə hazırlanmış Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar maraqlı tərəfləri ictimai dinləməyə dəvət edir.

İctimai dinləmə 8 noyabr 2017-ci il tarixində, saat 10:00-da Heydər Əliyev adına NEZ-in Mədəniyyət Mərkəzinin kiçik akt zalında (2-ci mərtəbə) keçiriləcəkdir. Tədbirdə iştirak edənlərin qeydiyyatı saat 9:30-da başlanacaqdır.

Görüş NEZ tərəfindən təşkil olunur.

Bütün maraqlı şəxslər tədbirə dəvət olunur.

SOCAR-ın Ekologiya İdarəsi tərəfindən hazırlanmış ƏMTQ sənədi ictimaiyyətin tanış olması üçün aşağıda qeyd olunmuş ünvanlarda yerləşdirilmişdir:

•        SOCAR-ın internet saytı, www.socar.az (elektron format);

•        Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 1 ünvanında yerləşən NEZ-in kitabxanası (çap variantı);

Tədbirdə mütəxəssislər tərəfindən NEZ-də həyata keçirilən yenidənqurma və modernizasiya layihəsi barədə ümumi məlumat və texniki göstəricilər, layihə üzrə ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi və monitorinq barədə görüş iştirakçılarına məlumat veriləcəkdir.

İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaqdır.

Layihə üzrə əlaqələndirici şəxs:

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin Ekologiya şöbəsinin rəisi Qiyas Bayramov:

Tel:  ( 99412) 521 00 00 (daxili nömrə 17623)

Mob: ( 99450) 841-76-23

E-mail: [email protected]

Qeyd edək ki, məlubatla aşağıdakı keçiddən istifadə edərək ətraflı tanış ola bilərsiniz.