Qarşıdakı 6-8 il ərzində neftin bir barrelinin qiyməti 10 dollaradək ucuzlaşacaq.
AZƏRTAC “CNBC”yə istinadla xəbər verir ki, bu barədə “Longview Economics”in baş icraçı direktoru Kris Vatlinq deyib.
O bildirib ki, qarşıdakı 6-8 ildə alternativ enerji mənbələrinin investorları cəlb etməsi neftin qiymətinin azalmasına səbəb olacaq. Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin gələn ilin ikinci yarısında öz səhmlərini satışa çıxarması neftin qiyməti üçün “əsas katalizator” rolunu oynayacaq. Lakin şirkət bunu neftin qiyməti 10 dollar/barrelədək ucuzlaşmadan öncə etməlidir. O, neftin nəqliyyat sektorundakı payının 70 faiz təşkil etdiyini deyib.
K.Vatlinqin fikrincə qarşıdakı bir neçə ayda neftin qiymətində kəskin azalma olmayacaq. Lakin 6-8 il ərzində “qara qızıl”ın qiyməti 10 dollar/barrelədək ucuzlaşacaq.