Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 28 milyon 792,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 21 milyard 91 milyon kubmetr təbii qaz hasil olunub. Həmin qazın 13 milyard 509,7 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, doqquz ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,9 milyard manat olmaqla əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz azalıb. Bu il ölkədə neft hasilatı 8 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalıb.