13 oktyabr 2017 21:49
679

Doqquz ayda Azərbaycanda 1,3 milyon ton dizel yanacağı istehsal olunub

Bu ilin doqquz ayında Azərbaycanda 1 milyon 362 min ton dizel yanacağı, 874,2 min ton avtomobil benzini, 130,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 445,4 min ton ağ neft, 258,1 min ton yanacaq mazutu, 24,3 min ton sürtkü yağları, 158,7 min ton neft bitumu və 152,4 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 960,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,8 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 6 faiz, yanacaq mazutunun istehsalı 40,7 faiz, dizel yanacağının istehsalı 20,9 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.