13 oktyabr 2017 22:03
910

Azərbaycandakı magistral neft kəmərləri ilə 32 milyon ton neft nəql edilib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 32 milyon 72,8 min ton neft nəql olunub. Nəqletmənin 78,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 25 milyon 229,8 min ton neft ötürülüb. Bu ilin doqquz ayında BTC ilə 4 milyon 805,7 min ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.