Bu ilin doqquz ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 16 milyard 207,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında qaz nəqlinin 33,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 384,7 milyon kubmetr qaz ötürülüb.