ABŞ-ın neft istehsalının 2018-ci ildə gündəlik orta hesabla 9,9 milyon barrelə çataraq. Bunun 1970-ci ildən indiyədək rekord göstərici olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkənin xam neft istehsalı gələn il də artmaqda davam edəcək və rekord səviyyəyə çatacaq.
Ölkənin xam neft istehsalı ötən il orta hesabla 8,8 milyon barrel təşkil edib.
EIA-ya görə, ABŞ-ın xam neft istehsalı bu ilin ikinci yarısında ilin birinci yarısı ilə müqayisədə gündəlik orta hesabla 340 min barrel artaraq 9,4 milyon barrelə çatacaq. Bu ilin ilk altı ayında ölkədə xam neft hasilatı gündəlik 9,1 milyon barrelə bərabər olub.
Qeyd edək ki, 1970-ci ildə ABŞ-da xam neft hasilatı gündəlik orta hesabla 9,6 milyon barrel olub.