17 oktyabr 2017 20:50
653

SOCAR istiqrazların ikinci buraxılışını planlaşdırır

"SOCAR Capital" şirkəti daxili bazarda SOCAR istiqrazlarının ikinci buraxılışını planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə SOCAR-ın baş məsləhətçisi Əli Ağaoğlu deyib.

O deyib: “Biz bu məsələ üzərində işləyirik. İndi SOCAR-ın yeni istiqrazlarının nə vaxt buraxılacağını demək çətindir. Amma biz altı aydan sonra azı 50 milyon istiqraz buraxılışını planlaşdırırıq”.

SOCAR-ın baş məsləhətçisi istiqrazların hansı valyutada buraxılacağını deməsə də, əlavə edib ki, şirkət valyuta bazarındakı vəziyyəti nəzərə alacaq.