18 oktyabr 2017 18:44
650

Dövlət Neft Fondu Avstraliyada daşınmaz əmlak alır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond deyib.

“Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Biz bunu alqışlayırıq”, - deyə C.Hammond qeyd edib.