19 oktyabr 2017 21:54
614

“Rosneft” İraq Kürdüstan Regional Rəhbərliyi ilə neft kəşfinə başlamaq barədə razılığa gəlib

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) ilə Şimali İraqdakı 5 blokda neft kəşfinə başlamaq barədə razılığa gəlib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” bunun üçün İKRR-yə 400 milyon dollar vəsait ödəyəcək. Şirkət buradan hasil edilən neft hesabına 200 milyon dollar gəlir əldə etməyi nəzərdə tutur. Yataqlarda hasilata 2021-ci ildə başlanılması planlaşdırılır. Pilot istehsala isə 2018-ci ildə başlanılacaq. Həmin 5 blokda 670 milyon barrel neft ehtiyatı var.

Xatırladaq ki, “Rosneft” İraq Kürdüstan Regional Rəhbərliyi ilə ötən ay təbii qaz müqaviləsi də imzalamışdı.