Oktyabrın 19-da ''Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş bir qrup əməkdaşa mükafatların təqdim edilməsi mərasimi keçirilib.Tədbiri giriş sözü ilə SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə açaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir ki, qazanılan nailiyyətlər Vətən və dövlətə sonsuz sədaqətin parlaq təzahürüdür. Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov Şirkətin hazırda ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən danışaraq, bu layihələrin icra olunmasında Azərbaycan neftçilərinin daha böyük uğurlara imza atacağına əminliyini vurğulayaraq, təltif olunanları təbrik etmiş, onlara yeni-yeni əmək nailiyyətləri arzulamışdır.
Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.