20 oktyabr 2017 17:32
543

Doqquz ayda Azərbaycandan 15,4 milyon tonadək neft ixrac olunub

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 15 milyon 381 min 808 ton xam neft ixrac edilib. Hesabat dövründə ixrac edilən xam neftin dəyəri isə 5 milyard 883 milyon 465 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.