Bu ilin ilk doqquz ayında Azərbaycandan 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 928 milyon 658 min ABŞ dolları təşkil edib.