Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 617 min 679 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Hesabat dövründə ixrac edilən neft məhsullarının dəyəri isə 238 milyon 267 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.