20 oktyabr 2017 19:23
585

“Chevron” İraq Kürdüstanındakı qazma əməliyyatlarını dayandırıb

ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron” İraq Kürdüstan Regional Rəhbərliyinə (İKRR) məxsus neft-qaz yataqlarında qazma əməliyyatlarını dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Chevron” İKRR-yə məxsus ərazilərdə neft və qaz üzrə qazma əməliyyatlarını müvəqqəti dayandırıb. Şirkət İKRR ilə müntəzəm təmasda olacaq və şərtlər uyğun olarsa əməliyyatlara ən qısa zamanda başlamağı planlaşdırır.