20 oktyabr 2017 20:13
573

ARDNF-in aktivlərinin 78 faizi istiqrazlar və pul bazarı alətləridir

Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 78 faizi istiqrazlar və pul bazarı alətləri, 13,7 faizi səhmlər, 4,9 faizi daşınmaz əmlak və 3,4 faizi isə qızıl təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft Fondunun 2017-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.