23 oktyabr 2017 18:19
580

"SOCAR Methanol" istehsalın 95 faizini xarici bazara çıxarır

"SOCAR Methanol" istehsal etdiyi məhsulun 95 faizini xarıcı bazarlarda satır.

AZƏRTAC xəbər verir ki, bu barədə "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev "Sənayenin inkişafı: Emal sahələrinin dəstəklənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, metanol istehsalının cəmi 5 faizi daxili bazarın payına düşür. Baş direktorun sözlərinə görə müəssisə metanolun yerli satışını daha da inkişaf etdirmək istiqamətində iş aparır.