23 oktyabr 2017 18:49
825

2019-cu ildən "SOCAR Methanol" istehsal potensialının 70-80 faizini istifadə edəcək

2019-cu ildən "SOCAR Methanol" istehsal potensialının 70-80 faizini istifadə edə biləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zavodun istehsal potensialı 650-700 min tondur. Azərbaycanda təbii qazın hasilatının artması fonunda metanolun istehsalı da artacaq. "SOCAR Methanol" bu il 250 min ton metanol istehsal edib.