14 noyabr 2017 19:59
498

On ayda Azərbaycandan 17 milyon tonadək neft ixrac olunub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 16 milyon 977 min 159 ton xam neft ixrac edilib. Hesabat dövründə ixrac edilən xam neftin dəyəri isə 6 milyard 539 milyon 344 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.