Saatlı rayonunun pambıqçıları indiyədək məntəqələrə 24 min tondan çox məhsul təhvil veriblər

24 noyabr 2017 19:14
617

Noyabrın 24-dək ölkə üzrə 188 min 669,83 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün 639,95 ton pambıq təhvil verilib.

Saatlı rayonunda 24844 ton, Biləsuvarda 23028 ton, Bərdədə 20246 ton pambıq tədarük edilib.

Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.

AZƏRTAC pambıq tədarükünə dair noyabrın 24-nə olan operativ məlumatı təqdim edir.